Rusiyada həbs olunduqdan sonra məhbus mübadiləsi yolu ilə azadlığa buraxılan amerikalı jurnalist Evan Qerşkoviçin işinə sədrlik edən hakim məhkəmə prosesində konkret sübutların araşdırılmadığını deyib.
Hafta.az-ın “The Guardian”a istinadən yazdığına görə, hakim Andrey Miyenev “RİA Novosti”yə verdiyi açıqlamada “Wall Street Journal”ın müxbiri Qerşkoviçlə bağlı məhkəmə prosesinə dair açıqlamalar verib: “Fayl çox da uzun deyildi. Neçə qovluq olduğunu xatırlamıram, üç-beş idi. Bəs niyə belə tez bitdi? Məsələ ondadır ki, məhkəmə maddi sübutları tədqiq etməyib”.
Miyenev bildirib ki, nə ittiham tərəfi, nə də müdafiəçilər iş materialları ilə tanış olmaq üçün müraciət etməyiblər.
2023-cü ilin martında Rusiyanın Yekaterinburq şəhərinə səfəri zamanı saxlanılan 32 yaşlı Qerşkoviçlə bağlı qərar iclası bağlı qapılar arxasında keçirilib.
Kreml Gerşkoviçin ABŞ adından casusluq etdiyini bildirsə də, jurnalist bu ittihamları təkzib edib.
İyulda keçirilən iclasda Qerşkoviç 16 il müddətinə azadlıqdan məhrum olunub. Hakim Miyenev Qerskoviçin “jurnalist, casus və CIA agenti” olduğuna şübhə etmədiyini deyib.
Məhkəmə qərarından iki həftə sonra Qerskoviç Qərblə Rusiya arasında tarixi məhbus mübadiləsi zamanı azadlığa buraxılıb.