Evdə 3 kiloqramdan artıq narkotik aşkarlanıb

17:22 12.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Lənkəranda yaşayış evində3 kiloqramdan artıq narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyindən hafta.az-a bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini M.Ağayev saxlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun yaşadığı evin həyətindəki qarajdan bir ədəd torbada 3 kiloqram 210 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.