Əvvəlcə bıçaqladı, xəstəxanaya apararkən QƏZADA ÖLDÜ

20:40 01.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göygöldə ölümlə nəticələnən yol qəzasının bəzi təfərruatları məlum olub. Hafta.az xəbər verir ki, APA-nın məlumatına görə, 1990-cı il təvəllüdlü Ayxan Hüseynli tanışı 198o-ci il təvəllüdlü Hüseyn Əsgərov tərəfindən bıçaqlanıb.

H.Əsgərov A.Hüseynovu öz avtomobili ilə xəstəxanaya aparanda maşını yolda aşırıb və nəticədə bıçaqlanan şəxs dünyasını dəyişib. H.Əsgərov polis tərəfindən saxlanılıb.
***

Göygöl rayonunda ölümlə nəticələn yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, qəza rayonun Çaylı kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Sürücü 1990-cı il təvəllüdlü Hüseynli Ayxan Arzu oğlu xəstəxanaya aparılarkən yolda keçinib. Faktla bağlı araşdırma aparılır.