Əxlaqsız təklif edən taksi sürücüləri ilə bağlı araşdırmalara başlanılıb

12:06 04.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son günlər sosial şəbəkələrdə paytaxtda bəzi taksi sürücülərinin xanım sərnişinlərinə müxtəlif məzmunlu, eləcə də əxlaqsız təkliflər etdikləri əks olunan videogörüntülər paylaşılır.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, qeyd edilən görüntülər ictimailəşdikdən sonra DİN-in 102 zəng mərkəzinə, polis orqanlarına, eləcə də DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə xanım vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər, müraciətlər daxil olmaqdadır.

Müraciətlərin hər biri qeydiyyata alınaraq barələrində müvafiq araşdırmalar aparılır və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.