Faktiki hava açıqlanıb: qar, yağış...

20:13 08.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 08-i saat 18:00-a olan məlumata əsasən, Lerik, Yardımlı, Biləsuvar, Neftçala, Salyan, Cəfərxan, Sabirabad, Kürdəmir, İmişli, Zərdab, Göyçay, Yevlax, Mingəçevir, Şabran, Oğuz, Qəbələ, Zaqatala, Balakən, Şəki, İsmayıllı, Qax, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Ağdam, Gədəbəy, Daşkəsən, Göygöldə və Abşeron yarımadasında - Bakı, Sumqayıt, Maştağada qar, Lənkəran və Astarada yağış yağır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən xəbərə görə, şimal-şərq küləyi arabir Naftalanda 22 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.