Fatih Terim Səudiyyə Ərəbistanında işləyəcək

09:45 27.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin tanınmış futbol mütəxəssisi Fatih Terim yenidən məşqçilik edəcək.

Hafta.az xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubu 71 yaşlı mütəxəssisi baş məşqçi təyin edib.

Klubun rəsmi səhifəsində bununla bağlı video paylaşılıb və “Salam, İmperator” yazılıb.

Qeyd edək ki, Fatih Terimin son klubu Yunanıstanın “Panatinaikos” klubu olub.