“Milli Məclisə seçkilərlə beynəlxalq tədbirin eyni vaxta düşməsi seçkilərin keçirilməsini imkansız edir. Konstitusiyanın 84-cü maddəsinə görə ancaq müharibə vəziyyətində seçkiləri uzada bilərdik. Bizdə də müharibə şəraiti yoxdur".
Hafta.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bugünkü iclasında növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı YAP-ın Prezidentə müraciəti ilə bağlı fikirlərini qeyd edərkən bildirib.
Deputat qeyd edib ki, seçkilələrin önə çəkilməsi siyasi, hüquqi cəhətdən doğrudur və mövcud reallıqla səsləşir.
Deputat Parlament seçkilərinin Konstitusiyaya əsasən noyabr ayında keçiriləcəyini və həmin ərəfədə Azərbaycan üçün mühüm tədbir olan COP29-un təyin olunduğunu vurğulayaraq bu qərarın əhəmiyyətini vurğulayıb.
“Seçkilərin vaxtını uzatmaq Konstitusiya pozuntusu olardı. Bunu kimlərsə spekulyasiya edəcəklərsə, hüquqi savadsızlıqlarını ortaya qoyacaqlar”.