Yazını böyüt
Yazını kiçilt
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının damında dəmir boru asılı vəziyyətdə qalıb.
Hafta.az-a Nazirlikdən bildiriblər ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər asılı vəziyyətdə qalan dəmir borunu müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.