FHN Gəncədəki yanğınla bağlı məlumat yayıb

11:12 02.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyi Gəncədə baş verən yanğınla bağlı məlumat yayıb.

Hafta.az-ın nazirliyinin saytına istinadən xəbərinə görə, Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 400 m² olan birmərtəbəli altı otaqlı evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1948-ci il təvəllüdlü Hüseynov Tofiq Müseyib oğlunun (yataq xəstəsi) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.