FHN komandası voleybol yarışının çempionu olub

21:30 15.12.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Voleybol Federasiyası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən dövlət qurumları arasında voleybol yarışında Fövqəladə Hallar Nazirliyinin (FHN) komandası möhtəşəm nəticə göstərib.

Hafta.az FHN-ə istinadən xəbər verir ki, yarışda 9 komanda iştirak edib və FHN komandası bütün rəqiblərinə qalib gələrək finala yüksəlib.

Finalda SOCAR komandası ilə qarşılaşan FHN komandası 2:0 hesabı ilə qalib gələrək yarışın çempionu olub.

Yarışın qaliblərinə Gənclər və İdman Nazirliyinin tərəfindən kubok və medallar təqdim edilib.