FHN yanında İctimai şuraya seçkilərin keçirilməsi tarixi açıqlanıb

16:10 26.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallah Nazirliyi yanında İctimai şuraya seçkilərin keçirilməsi tarixi və seçkilərdə iştirak edəcək vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin qeydiyyatı barədə məlumat açıqlanıb.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarına uyğun olaraq, FHN yanında yaradılacaq İctimai şuraya seçkilər mayın 23-də saat 11:00-da FHN-in Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 66 ünvanında yerləşən inzibati binasının akt zalında keçiriləcək.

Seçkilərdə təmsilçilərinin seçici kimi iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları 13 may 2023-ci il tarixinədək həmin şəxslər barədə zəruri məlumatları (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin qeydiyyata alınması üçün müraciəti, şəxsiyyət vəsiqəsinin surəti, vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin surəti) elektron formada [email protected] e-mail ünvanına göndərməlidirlər.

Fövqəladə Hallah Nazirliyi yanında İctimai şuraya seçkilərin keçirilməsi tarixi və seçkilərdə iştirak edəcək vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin qeydiyyatı barədə məlumat açıqlanıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarına uyğun olaraq, FHN yanında yaradılacaq İctimai şuraya seçkilər mayın 23-də saat 11:00-da FHN-in Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 66 ünvanında yerləşən inzibati binasının akt zalında keçiriləcək.

Seçkilərdə təmsilçilərinin seçici kimi iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları 13 may 2023-ci il tarixinədək həmin şəxslər barədə zəruri məlumatları (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin qeydiyyata alınması üçün müraciəti, şəxsiyyət vəsiqəsinin surəti, vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin surəti) elektron formada [email protected] e-mail ünvanına göndərməlidirlər.

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yanında yaradılacaq İctimai şuranın üzvlüyünə namizədlərin siyahısı