Yazını böyüt
Yazını kiçilt
Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Rikeri qəbul edib.
Hafta.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Sputnik Armenia” Ermənistan Baş nazirinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Paşinyan və Riker Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, eyni zamanda, regionda sabitlik və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıb.
Tərəflər 44 günlük müharibədən sonra yaranmış humanitar məsələləri də müzakirə edib.