Filippində 6 bal gücündə zəlzələ baş verib

23:35 15.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Filippində 6 bal gücündə zəlzələ baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Leqaspi şəhərindən 89 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 40 kilometr dərinlikdə olub.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib.