Yazını böyüt
Yazını kiçilt
Bu gün Filippində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində 1 azyaşlı qız ölüb.
Hafta.az xarici mətbuata istinadən bildirir ki, zəlzələ nəticəsində Matanao şəhərində qismən uçan evin dağıntıları altında 6 yaşlı qız qalaraq dünyasını dəyişib. Şəhər meri bildirib ki, hadisə nəticəsində şəhərə ciddi ziyan dəyib, iki körpü zədələnib, yerli administrasiyanın binası da zəlzələdən zərər çəkib.
***
Filippində 6,8 bal gücündə zəlzələ olub.
Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, zəlzələnin episentri Maqsaysay yaşayış məntəqəsindən 5 kilometr cənub-şərqdə yerləşib. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Sunami təhlükəsi elan edilməyib.