Finlandiya parlamenti NATO qanun layihəsini təsdiqləyib

20:47 01.03.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Finlandiya parlamentində keçirilən səsvermədə Finlandiyanın NATO-ya üzvlüklə bağlı qanun layihəsi səs çoxluğu ilə təsdiqlənib.

Finlandiya parlamentində NATO-ya üzvlük haqqında qanun layihəsi səsə qoyulub. Səsvermə nəticəsində müvafiq qanun layihəsi 200 yerlik parlamentdə 7-nin əleyhinə 184 səslə qəbul edilib. Səsvermədə 1 nəfər boş səs verib.

Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün keçən may ayında Rusiyanın Ukraynaya təcavüzünə başladıqdan sonra müraciət etmişdilər. İndiyədək NATO-ya daxil olan 30 ölkədən 28-i İsveç və Finlandiyanın NATO-ya daxil olma protokolunu imzalayıb. Türkiyə xaricində İsveç və Finlandiyanın NATO üzvlüyünü təsdiq etməyən yeganə ölkə olan Macarıstan, iki ölkənin üzvlüyü üçün martın 6-9-da parlamentdə səsvermə keçiriləcəyini açıqlayıb.