Finlandiya Türkiyə ilə danışıqları dayandırır

11:46 24.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto hesab edir ki, İsveç və Finlandiya arasında Şimali Atlantika Alyansına qoşulmaq üçün Türkiyə ilə danışıqlar bir neçə həftəlik dayandırılacaq.

"Düşünürəm ki, Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı Türkiyə ilə üçtərəfli formatda danışıqlar bir neçə həftəyə dayandırılacaq", - çərşənbə axşamı Reuters xarici işlər nazirindən sitat gətirib. O, həmçinin qeyd edib ki, yanvarın 23-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə tərəflərin “eyni formatda ünsiyyəti davam etdirəcəkləri” barədə razılığa gəlib, lakin “ehtirasların səngiməsi” üçün müəyyən vaxt lazımdır.

Haavistonun fikrincə, İsveç olmadan Finlandiyanın NATO-ya daxil olmasını ayrıca trasda müzakirə etməyə ehtiyac yoxdur.