Finlandiya Türkiyə qarşı silah embarqosu qaldırıldı

20:44 25.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Finlandiya Müdafiə Nazirliyindən verilən açıqlamada Türkiyəyə 2019-cu ildən tətbiq edilən “hərbi texnika ixrac embarqosu”nun ləğv edildiyi və Türkiyəyə silah satışı üçün lisenziyanın verildiyi açıqlanıb.

Finlandiya Türkiyənin NATO üzvlüyü üçün İsveç və Finlandiyadan tələb olunan şərtlərdən biri olan silah embarqosunun aradan qaldırılması məsələsində geri addım atıb. Finlandiya Müdafiə Nazirliyindən verilən açıqlamada Türkiyəyə 2019-cu ildən tətbiq edilən “hərbi texnika ixrac embarqosu”nun ləğv edildiyi və Türkiyəyə silah satışı üçün lisenziyanın verildiyi açıqlanıb.
Müdafiə Nazirliyinin xüsusi müşaviri Riikka Pitkanen mətbuata açıqlamasında ixrac lisenziyasının zireh üçün istifadə olunacaq poladın türk şirkətinə satışı ilə bağlı olduğunu bildirib və 2019-cu ilin oktyabr ayından etibarən Türkiyəyə ticari ixrac lisenziyası verilməyib.

Finlandiya 2019-cu ilin oktyabrında Türkiyənin Suriyadakı hərbi əməliyyatı səbəbindən Türkiyəyə hərbi ixracat üçün yeni lisenziyaları dayandırıb. Ötən ilin sentyabrında İsveç Türkiyəyə hərbi ixraca qoyulan qadağanı ləğv edib.