Fransa haqqın yanında olmağı bacarmayan bir dövlətdir - Çingiz Qənizadə

16:32 14.04.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Fransa Xarici İşlər Nazirliyi Laçın istiqamətində ermənilərin təxribatı nəticəsində yaranan insidentlə bağlı Azərbaycana qarşı yalançı və əsassız məqamların əks olunduğu bəyanat yayıb. Azərbaycanı özlərinin uydurduğu “Ermənistanın ərazi bütövlüyünə” hörmət etməyə və silahlı qüvvələrimizin guya  Ermənistan ərazisinə keçdiyini iddia edərək, geri çəkilməyə çağıran Fransa yenə də sərsəmləyib. Fransa nəyin dərdindədir və bu cür davranışları ilə regionda nəyə nail olmağa çalışır?

Bu istiqamətdə hafta.az-a açıqlama verən hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, Fransanın indiki siyasi hakimiyyəti beynəlxalq hüquq normalarını, haqq-ədaləti görməzdən gələrək birmənalı olaraq işğalçı Ermənistanın mövqeyini müdafiə etməkdə davam edir. 30 ildir Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, viran qoyması, soyqırımlar törətməsi ilə bağlı faktların ortada olduğunu bildirən Ç.Qənizadə, erməni cinayətlərini görməzdən gəlib, bu illər ərzində bir dəfə də olsun Ermənistana etirazını bildirməyən, işğala görə onu qınamayan bir dövlətin bu gün də ermənidən betər ermənilik etməsinə təəssüf etdi.   

"Fransa haqqın yanında olmağı bacarmayan bir dövlətdir. Fransa indi də ənənəvi olaraq özünün ampluasındadır. Həm 44 günlük müharibədə, həm ondan sonrakı dövrlərdə dəfələrlə Fransa parlamenti, XİN-i tərəfindən bu cür əsassız bəyanatlar verilib. Bu da məlumdur ki, bu cür həqiqətə söykənməyən, yalan, cılız bəyanatlar sadəcə kağız parçasıdır və Fransa Xarici İşlər Nazirliyinin aprelin 11-də heç bir fakta söykənmədən tələm- tələsik belə bir bəyanat verməsi bu ölkənin qərəzini bir daha sübut edir”.

Hüquq müdfiəçisi Avropanın mərkəzində olan, Avropa dəyərlərindən, Avropa insan haqlarından, Avropanın qəbul etdiyi beynəlxalq hüquq normalarından dəm vuran Fransanın Ermənistan-Azərbaycan münasibətlərində bu dəyərlərdən kənarda olmasına, işğalçıya dəstək verməsini qınadı.

“Fransa indi də silahlı separatçıların başqasının torpaqlarından çıxmasına, sərhədlərin delimitasiyasına, demorkasiyasına, sülh müqaviləsinin bağlanmasına çağırışlar etməkdənsə  Azərbaycan əleyhinə faktlara söykənməyən bəyanatlar verməklə məşğuldur”.

Siyasət rubrikasından digər xəbərlər