Fransa Rusiyanın "Deyna" tankerini ələ keçirib

17:30 20.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransa dəniz qüvvələri Aralıq dənizində Rusiyanın "kölgə donanmasına" məxsus "Deyna" adlı tankeri ələ keçirib.

Hafta.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.

Makron deyib ki, beynəlxalq sanksiyaları aşaraq dəniz qanunlarını pozan bu gəmilər müharibədən qazanc əldə etmək üçün istifadə olunur: "Onlar mənfəət toplamağa və Rusiyanın hərbi səylərini maliyyələşdirməyə çalışırlar. Biz isə kənarda qalmayacağıq".

Prezident əlavə edib ki, İrandakı müharibə Fransanın Rusiyanın təcavüzkar müharibəsinin davam etdiyi Ukraynanı dəstəkləməsinə mane olmayacaq.