Fransa Müdafiə Nazirliyi Ukrayna ilə Kiyevin fransız istehsalçılarından birbaşa silah alması üçün 100 milyon avro məbləğində fondun yaradılması haqqında saziş imzaladığını açıqlayıb. Hafta.az bildirir ki, bu barədə fransız nəşrləri məlumat yayıb.
Sazişi Fransanın müdafiə naziri Sebastyan Lekornu və Ukraynanın müdafiə naziri Aleksey Reznikov imzalayıb.
Bu fond Ukraynaya ordusunun ehtiyaclarına uyğun olaraq hərbi texnikanı birbaşa fransız istehsalçılarından almağa imkan verəcək.
Fransa artıq Ukraynanı quru qoşunlarının ehtiyatından götürərək 155 millimetr kalibrli 18 SEZAR özüyeriyən artilleriya qurğusu ilə təmin edib. Bundan əlavə, Fransa prezidenti Emmanuel Makron bildirib ki, Fransa Danimarka ilə Ukraynaya daha altı SEZAR haubitsasının verilməsi üçün işləyir.