Yazını böyüt
Yazını kiçilt
Fransada COVID-19 pandemiyasının mümkün yeni dalğası ilə bağlı plan hazırlanıb.
Hafta.az xəbər verir ki, bu barədə Fransanın Səhiyyə naziri Olivye Veran bildirib. O deyib ki, qocalar evlərindəki zəif insanların qorunması, gücləndirilmiş test siyasəti və kontaktların rəqəmsal izlənməsi bu planın əsas istiqamətlərindəndir.
Nazir rəqəmsal izlənmə və təcridetmə tədbirlərinin virusun müəyyən edilməsinə və əhali arasında yayılmasının qarşısının alınmasına imkan yaradacağını bildirib.