Fransada 2024-cü ildən etibarən əlil vətəndaşlar üçün əlil arabalarına ödənilən ödənişlər tam şəkildə geri qaytarılacaq.
Hafta.az-ın İndependent-ə istinadən yazdığına görə, Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında keçirilən Əlillərin 6-cı Milli Konfransındakı çıxışında əlil vətəndaşlar üçün atılacaq addımlara toxunub.
Əlil vətəndaşların ictimai yerlərə asanlıqla daxil olması üçün 1,5 milyard avro ayrılacağını ifadə edən Makron, 2024-cü ildən etibarən əlil arabalarının qiymətinin əlil vətəndaşlara tam olaraq geri qaytarılacağını açıqlayıb.
Əlil şagirdlər üçün hər məktəbdə istinad müəllimi olacağını bildirən Makron ölkədə 430 min əlil şagirdin olduğunu qeyd edib.
Fransa mətbuatı 52 dərnəkdən ibarət “Əlillər” icmasının Yelisey sarayında keçirilən konfransı “məsləhətləşmənin olmaması” əsas gətirərək boykot etdiyini yazıb.