Yazını böyüt
Yazını kiçilt
Fransada pensiya islahatına qarşı ümumi tətilin ikinci dalğası başlayıb. Euronews xəbər verir ki, həmkarlar ittifaqları bir milyondan çox insanın şəhərlərin küçələrinə çıxacağını gözləyir.
Deputatlar səs-küylü qanun layihəsi ilə bağlı parlamentdə mübahisə etməyə başladıqları üçün hər iki tərəfin mövqeləri daha da sərtləşir.
Bir gün əvvəl prezident Emmanuel Macron islahatı "zəruri" adlandırıb, daha əvvəl baş nazir Elizabeth Born pensiya yaşının 64-ə qaldırılmasının "artıq müzakirə edilə bilməyəcəyini" söyləyib.
Tətillər və etirazlar bunun əksini sübut etmək niyyətindədir.
Həmkarlar İttifaqının məlumatına görə, təhsil işçiləri və müəllimlərin 50%-ə qədəri tətilə qoşulacaq.