Fransalı jurnalist Ermənistanda zorakılığa məruz qaldı

12:14 24.05.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın hakimiyyət orqanları tərəfindən Ermənistana girişinə qadağa qoyulan, uzun müddətdir “Zvartnots” hava limanında aclıq aksiyası keçirən və səhhəti ağır olan erməniəsilli fransalı jurnalist Leo Nikolyan bu gün hava limanının əməkdaşları tərəfindən zorakılığa məruz qalıb.

Hafta.az xəbər verir ki, “Aysor” nəşri bu barədə hüquq müdafiəçisi Andranik Hovannisyanın videonun da yerləşdirildiyi telegram-kanalına istinadla məlumat yayıb.

“Məlum olub ki, hadisə siyasi fikir ayrılıqları səbəbindən baş verib. Video-görüntülərdən bəlli olur ki, hakimiyyəti özlərindən razı salmaq üçün hava limanının işçiləri Leo Nikolyanı təhqir etməyə başlayırlar ki, o, özünənəzarəti itirsin. Onu həbs edib deportasiya etmək üçün münaqişəyə sövq edir, lakin Nikolyan təxribata boyun əymir, münaqişə vəziyyətindən yayınmağa çalışır. Bundan sonra hava limanının əməkdaşlarından biri aclıq aksiyasına görə onsuz da səhhəti pisləşən Nikolyanı qəsdən itələyir, o, yerə yıxılır və hərəkət edə bilmir”, - xəbərdə belə deyilir.

Oxunma sayı 109