Fuad Qəhrəmanlı 15 sutka həbs edildi

11:53 01.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Xalq Cəbhəsi Partiyasının keçmiş sədr müavini Fuad Qəhrəmanlı həbs edilib.

Hüquq-mühafizə orqanlarından hafta.az-a verilən məlumata görə, F.Qəhrəmanlı oktyabrın 31-də Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xırda xuliqanlıqda təqsirləndirilən AXCP funksioneri Nərimanov rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs edilib.