Füzulidə ev yanıb

21:06 14.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Füzuli rayonunun Babı kəndində ümumi sahəsi 350 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 150 m² sahədə və dam örtüyü 235 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.