Füzulidəki Hacı Ələkbər məscidi işğaldan sonra yararsız hala düşüb

15:37 07.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

1993-cü ildə Füzuli rayonunun Ermənistan tərəfindən işğalından sonra Hacı Ələkbər məscidi yararsız hala düşüb.

Mədəniyyət Nazirliyindən hafta.az-a verilən məlumata görə, Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir. Məscidin giriş qapısı üzərindəki daş kitabədə “Memar Kərbalayı Səfixan Qarabağinin işidir” – sözləri yazılmışdır.

Kitabədə məscidin tikilmə tarixi də – hicri tarixi ilə 1307-ci il göstərilir. Bu tarixi miladi təqviminə çevirəndə 1889-1890-cı illərə uyğun gəlir.