Gədəbəydə 4 məktəblini maşın vurdu

23:20 27.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gədəbəydə piyadaların vurulması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

 

Hafta.az xəbər verir ki, hadisə rayonunun Zəhmət kəndində qeydə alınıb. Belə ki, “Volkswagen Passat” markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən 4 azyaşlı məktəblini vurub.

 

 Məktəblilər dərhal Gəncə şəhər xəstəxanasına çatdırılıb. Onlarda birinin vəziyyəti ağırdır.