Yazını böyüt
Yazını kiçilt
Gədəbəy rayonunun Mormor kəndində ümumi sahəsi 36 m² olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 1,3 ton ot bağlaması yanıb.
Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Ağdamda da yanğın hadisəsi qeydə alınıb.
Rayonun Xındırıstan kəndində ümumi sahəsi 36 m² olan köməkçi tikilinin dam örtüyü 16 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.