Gələn il AÇG-də 170,1 milyon bareldən çox neft hasil ediləcək

14:05 06.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2022-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında xam neft hasilatının həcmi 170,1 milyon barel olması proqnozlaşdırılır ki, bu da hasilatın aşağı düşməsi səbəbindən 2021-ci ilin göstəricisinə nisbətən (171,6 milyon barel) 1,5 milyon barel azdır.

Hafta.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il büdcəsinin layihəsinə verdiyi rəydə deyilir.

Oxunma sayı 29