Gəncə xəstəxanasında yanğın, 58 nəfər təxliyə edildi

11:29 26.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada elektrik şitində tüstülənmə baş verib.

Bu barədə hafta.az-a TƏBİB-dən xəbər verilib.

Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Hazırda tibb müəssisəsinin Cərrahiyyə və Reanimasiya şöbələrindəki pasiyentlər təxliyə edilir. Artıq 58 nəfər təxliyə edilib.

Vəziyyət nəzarət altındadır.

İctimaiyyətə əlavə məlumat veriləcək.