Gəncədə motosikletlə minik avtomobili toqquşub, ölən var

10:40 09.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2107" və motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü 2006-cı il təvəllüdlü Nicat Sadıqov aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.