Gəncədə Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş fləşmob keçirilib

21:44 28.04.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının və Kəpəz bələdiyyəsinin birgə təşkilatçılığı ilə görkəmli alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş fləşmob keçirilib.

Hafta.az-ın xəbərinə görə, Heydər Əliyev Meydanında 2500 nəfərin iştirakı ilə baş tutan fləşmobda könüllülər, şəhərin ali təhsil müəssisələrinin gəncləri ”Zərifə Əliyeva-100” yazısı olan canlı simvol yaradıblar.

Qeyd edək ki, 28 aprel görkəmli elm xadimi, tibb elminə çox böyük töhfələr vermiş, tanınmış ictimai xadim, həkim-oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümüdür.