Gənclər arasında zorakılığa qarşı mübarizə istiqamətində maarifləndirici onlayn seminar - FOTO

16:02 05.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi 17 dekabr 2001-ci ildə təsis olunub. Təsis olunduğu dövrdən də, gənclərin formalaşmasında, bədii təxəyyülünün inkişafında, sosial problemlərinin həllində yaxında iştirak edərək, bir çox layihələr həyata keçirib.

Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi  Azərbaycan Respublikası Gənclər Fondunun  maliyyə yardımı ilə  “ Bilik gücümüzdür ” layihəsi çərçivəsində ilk tədbirini 05 oktyabr 2020-ci ildə təşkil edib.

 Layihənin məqsədi gənclər arasında zorbalığa qarşı mübarizə istiqamətində məlumatlandırıcı və maarifləndirici onlayn seminarların keçirmək və bu sahəyə ictimayyətin diqqətini cəlb etməkdir.

Pandemiya zamanı gənclərimiz qapalı vəziyyətdə olduqları üçün dəstəyə daha çox ehtiyacları var. Tədbirlər 10 gün keçiriləcək hər bir tədbirdə isə 15 nəfər gənc iştrak edəcək. Seminarların əsas məqsədlərindən biri gənclərimizin özgüvənlərin artırmaq, diqqətlərini təhsilə yönəltmək,həmyaşıdları ilə münasibət qurmaqda çətinlik çəkməməkdir.