Gənclər üçün onlayn seminar keçirilib

16:04 10.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun  maliyyə yardımı ilə  “ Bilik gücümüzdür ” layihəsi çərçivəsində altıncı tədbirini 10 oktyabr 2020-ci ildə saat 14.00 təşkil etdi.

 Layihənin məqsədi gənclər arasında zorbalığa qarşı mübarizə istiqamətində məlumatlandırıcı və maarifləndirici onlayn seminarların keçirmək və bu sahəyə ictimayyətin diqqətini cəlb etməkdir.

Pandemiya zamanı gənclərimiz qapalı vəziyyətdə olduqları üçün dəstəyə daha çox ehtiyacları var.. Seminarların əsas məqsədlərindən biri gənclərimizin özgüvənlərin artırmaq, diqqətlərini təhsilə yönəltmək, həmyaşıdları ilə münasibət qurmaqda çətinlik çəkməməkdir.