Gömrükdə 107 kiloqram heroin aşkarlandı

12:10 01.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər daha bir uğurlu əməliyyat həyata keçirib.

Hafta.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tvitter hesabında yazıb.

S.Mehdiyev bildirib ki, 107 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.