Goranboyda ağır yol qəzası- 15 nəfər yaralandı

09:00 24.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboyda fəhlələri daşıyan mikroavtobus aşıb. Və bunun nəticəsində çoxlu sayda insan xəsarət alıb.

Hafta.az xəbər verir ki, hadisə Qaramusalı kəndində baş verib. Belə ki, fəhlələri daşıyan "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. nəticədə 15 nəfərə yaxın sərnişin müxtəlif xəsarətlər alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.