Yazını böyüt
Yazını kiçilt
“Görünməyən qəhrəmanlar” adlı sənədli filmlər silsiləsi müharibənin ildönümü günlərində efir vasitəsilə yayımlanacaq.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Hafta.az-a verilən məlumata görə, sözügedən filmlərin hazırda istehsalı davam edir:
“Bu filmlər hər biri 44 dəqiqə olmaqla, müxtəlif qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük müharibə müddətində keçdiyi şərəfli və müzəffər döyüş yolundan bəhs edəcək. Bu 5 sənədli filmin istehsalı Cəfər Cabbarlı “Azərbaycanfilm” kinostudiyasında davam etdirilir. Filmlərin Vətən Müharibəsinin ildönümü günlərində təhvil verilməsi və müxtəlif TV kanalları ilə nümayişi nəzərdə tutulub”.