Göyçay sakinini avtomobil vurub

11:06 22.07.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göyçay sakinini avtomobil vurub.

APA -nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Cəyirli kəndi ərazisində baş verib.

Dünən gecə saat 21:45 radələrində piyada Kürdəmir kənd sakini 1954-cu il təvəllüdlü Kərimov Mehman Tapdıq oğlunu VAZ 2106 markalı avtomobil vurub.

Hadisə nəticəsində xəsarət alan kənd sakini rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hazırda vəziyyəti kafidir.

Fakt araşdırılır.