Göygöldə kişi həmkəndliləri tərəfindən bıçaqlanıb

23:56 05.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Hafta.az  APA-ya istinadən  xəbər verir ki, hadisə rayonun Mollacəlli kəndində qeydə alınıb.

1976-cı il təvəllüdlü Abdiyev Asif Mehralı oğlu kəsilmiş- deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyat olunub. Vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, A.Abdiyev həmkəndlisi Asəf Namazov və onun atası tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.