Gözəllik salonunda oğurluq olub

12:10 28.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yasamal rayonunda Hüseyn Cavid prospektində yerləşən gözəllik salonundan içərisində 470 manat pul olan cüzdan və bir mağazadan 110 manat məbləğində pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətdən hafta.az-a bildiriblər ki, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum edilmiş Səbinə Ağayeva rayon polis idarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.