Güləşçilərdən “Çempionlar” turnirində daha 2 medal

23:19 07.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U20) arasında “Çempionlar” turniri davam edir.

Hafta.az xəbər verir ki, ikinci yarış günündə 60, 72, və 87 kq-da yer alan yunan-Roma güləşçilərimiz mübarizə aparıb.

İlk gündə qazanılan nəticə təkrarlanıb. Bu dəfə 60 kq-da güləşən təmsilçilərimiz fəxri kürsüyə qalxıb. Ayxan Cavadov gümüş və Vədat Qasımlı bürünc medal qazanıb.

Qeyd edək ki, sabah 63, 82 və 130 kq-da yer alan güləşçilərimiz xalçaya çıxacaq.