Gürcüstan parlamenti ABŞ və Avropa İttifaqının xəbərdarlıq və təhdidlərinə baxmayaraq, LGBT təbliğatını qadağan edən mübahisəli qanunu qəbul edib.
Hafta.az-ın yazdığına görə, müxalifət nümayəndələrinin iştirak etmədiyi səsvermədə 84 deputat qanun layihəsinə “hə” deyə səs verib.
Hakim “Gürcü Arzusu” partiyası tərəfindən hazırlanan qanun homoseksualların evliliyini və cinsiyyətinin dəyişdirilməsini, həmçinin LGBT təbliğatını yasaqlayır. Bundan əlavə, homoseksual əlaqələri, insestləri təşviq edən görüşlər, kampaniyalar, homoseksualları övladlığa götürən və ya qəyyumluq edən fəaliyyətlər də qadağandır.
Televiziya kanallarında ədəbsiz homoseksual səhnələrin nümayişi qadağan edilib, 18 yaşından kiçik tamaşaçıların kinoteatrlarda LGBT filmlərinə baxmasına da məhdudiyyətlər qoyulub.
Qanun layihəsi prezidentin imzasından sonra qüvvəyə minəcək.