Yazını böyüt
Yazını kiçilt
“Gözəl qonşumuz və yaxın dostumuz Azərbaycanı Mini Futbol üzrə Dünya Çempionatında möhtəşəm qələbə münasibətilə təbrik edirik!".
Hafta.az-ın yazdığına görə, bu sözlər Gürcüstanın ölkəmizdəki səfirliyinin Azərbaycan xalqına ünvanladığı təbrik mesajında deyilir.
“Sizə daha böyük uğurlar və gələcəkdə daha çox qələbələr arzulayırıq!”, - təbrikdə deyilir.
Qeyd edək ki, dünən Bakıdakı Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Matç komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da millimiz tarixində ilk dəfə dünya çempionatının qalibi olub.