Gürcüstan Türkiyəyə qarşı - AVRO-2024

10:47 18.06.2024
Yazını böyüt
Yazını kiçilt

Bu gün AVRO-2024-ün F qrupunda qərarlaşan komandalar mübarizəyə qoşulur.

Hafta.az xəbər verir ki, bugünkü oyun günündə Gürcüstan Türkiyə, Portuqaliya isə Çexiya ilə üz-üzə gələcək.

Tarixində ilk dəfə Avropa çempionatına vəsiqə əldə edən Gürcüstan seçməsi bu görüşdə qələbə qazanaraq turnirə uğurlu start vermək niyyətindədir. Ancaq Türkiyə millisi ilə görüşdə bu nəticə olduqca aşağı ehtimal olaraq qiymətləndirilir. Təkcə qrupun deyil, ümumiyyətlə, turnirin də favoriti hesab olunan Portuqaliyanın isə Çexiya ilə görüşdə üstün tərəf olması gözlənilir.

18 iyun

F qrupu

Türkiyə-Gürcüstan

Saat 20:00 - "Signal İduna Park"

Portuqaliya-Çexiya

Saat 23:00 - "Red Bull Arena"

Oxunma sayı 78