“Gürcüstana sanksiya tətbiq etsələr, səhv olardı” - İrakli Qaribaşvili

10:00 20.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Ölkəmizə və ya xalqımıza sanksiya tətbiq etsələr, bu yanaşma yanlış olardı”.

Hafta.az-ın yazdığına görə, bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Qaribaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu ilə bağlı tərəfdaşları tərəfindən verilən bəyanatlarla bağlı ünvanlanmış sualı cavablandırarkən bildirib.

Onun sözlərinə görə, təhdid və ya şantaj nəticə gətirən deyil.

Qaribaşvili bildiirb ki, tərəfdaşlarla dialoq zəruridir və davam etməlidir.

“Təkcə mən yox, baş nazir də, parlamentin sədri də = hamı dəfələrlə komandanın müzakirəyə hazır olduğunu dedi. Əgər veto həll yoludursa və veto çərçivəsində həll yolu tapmaq, vəziyyəti yüngülləşdirmək, bütün iştirakçı tərəfi sakitləşdirmək və məqbul olanı razılaşdırmaq imkanı varsa, məncə, bu, ideal bir hadisə olardı” deyən Qaribaşvili bildirib ki, müzakirə, dialoq vacibdir və həmişə davam etməlidir.

“Ölkəyə və ya xalqa sanksiya tətbiq etsələr, ümumiyyətlə, bu yanaşma artıq yanlışdır. Bir tərəfdən biz təsdiqləyirik və deyirik ki, müzakirə etmək, nəzərdən keçirmək istəyirik, digər tərəfdən belə təhdid, şantaj və ya bu kimi bəyanatlar məhsuldarvə nəticə gətirən deyil”, – deyə Qaribaşvili bildirib.

Oxunma sayı 210
Siyasət rubrikasından digər xəbərlər