Gürcüstanda COVID-19-dan daha 24 nəfər ölüb

11:38 16.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 504 yoluxma halı qeydə alınıb, 24 nəfər ölüb.

Hafta.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 995 687, ölənlərin sayı isə 14 449 nəfərə çatıb. Virusa yoluxanlardan 928 441 nəfərin sağaldığı bildirilib.