Hacı Şahinin yerinə yeni imam O TƏYİN EDİLDİ - FOTO

11:53 02.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Əli Şərbətov Məşədi Dadaş məscidinə imam təyin edilib.

Əli Şərbətov Cəlilabadda anadan olub. 46 yaşlı yeni imam keçmiş Bakı İslam Universitetində ali təhsil alıb.  

Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Liviyaya oxumağa göndərilən Şərbətov 2000-2019-cu illərdə İslam Universitetində müəllim işləyib.

Saray Cümə məscidi və Ceyranbatan məscidində imam olaraq çalışan Əli Şərbətov bu gün Məşədi Dadaş məscidinə imam vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli bu il martın 2-də ürəktutmadan vəfat edib. O, 2002-ci ildən sözügedən məsciddə imam kimi fəaliyyət göstərirdi. 

***

Məşədi Dadaş məscidinə yeni imam təyin edilib.

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Sədr bildirib ki, məscidə Əli Şərbətov imam təyin olunub və o bu gün təqdim olunacaq.

O, həmçinin məscidə yeni təyinatların olacağını vurğulayıb:

"Məscidə əlavə təyinatlar da olacaq. Eyni zamanda qadın dini ayinlərinin icraçısı da təyin ediləcək".

Qeyd edək ki, Məşədi Dadaş məscidini imamı Hacı Şahin Həsənli mart ayında vəfat edib.