Hacıqabulda 13 yaşlı qız dəm qazından boğularaq ölüb

21:07 07.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hacıqabulda 13 yaşlı qız dəm qazından boğulub.

APA-nın məlumatına görə, hadisə rayonun Meyniman kəndində qeydə alınıb. Kənd sakini, 13 yaşlı Muradova Samirə Şamil qızı yaşadığı evin vanna otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.