Yazını böyüt
Yazını kiçilt
Oktyabrın 13-də Qaradağ rayon sakini Natiq Həsənov Hacıqabul Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək rayon ərazisində ona məxsus taxıl anbarından ümumi dəyəri 800 manat olan 2 ton arpanın oğurlanması ilə bağlı məlumat verib.
DİN Mətbuat xidmətinin Şirvan şəhərində Regional qrupundan verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 35 yaşlı İmran Novruzov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.